Bu gün Azərbaycanda sosial yardıma ehtiyacı olan insanlara göstərilən qayğı yetərli qədərdir və bu xüsusi dövlət proqramı şəkilində həyata keçirilir. Sözsüz ki, belə olan halda qanunvericilik bazasında da yeniliklər olmalı və qaydalar formalaşmalı idi.
Elə buna görə də "Ünvanlı dövlət sosial yardımı haqqında" qanun qəbul olundu. Bu qanunun qəbulunda əsas məqsəd yardımların verilməsi qaydalarının tətbiqi, bunun üçün büdcədən vəsaitin ayrılmasını təmin etmək, ən nəhayətdə bu vəsaitin əhaliyə çatdırılması idi. Maraqlıdır bəs qanunda bu qaydalar hansı prinsiplərlə müəyyənləşir? Apardığımız araşdırmalar göstərir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 2 fevral tarixli 32 nömrəli Qərarı ilə "Sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları" və "Ailənin orta aylıq gəlirinin hesablanması Qaydası" təsdiq edilmişdir. Qanunun 1-ci maddəsinə əsasən ailə - qohumluq və ya qanunvericiliklə müəyyən olunmuş digər xüsusiyyətlərə görə bağlılığı olan, birgə yaşayan, ümumi ev təsərrüfatına malik şəxslər və yaxud tənha yaşayan şəxslərdir; 3-cü maddəsinə əsasən sosial yardım hüququna orta aylıq gəliri (müraciətdən əvvəlki son 1 il ərzində) onlardan asılı olmayan səbəblərdən(ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün müvafiq icra hakimiyyəti orqanında işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması və s.) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər; Qanunun 4-cü maddəsində təsbit edilmiş sosial yardımın 3 əsas prinsipindən biri bərabərlik prinsipidir, başqa sözlə, sosial yardım bütün aztəminatlı ailələrə təyin edilir. Sosial yardımın təyin olunması zamanı ailə tərkibində heç bir milli və etnik mənsubiyyətindən, irqindən, dərisinin rəngindən, dini etiqadından, qaçqın və ya məcburi köçkün olmasından asılı olmayaraq Azərbaycan Respublikasının vətəndaşları, Azərbaycan Respublikasında daimi yaşayan əcnəbi və vətəndaşlığı olmayan bütün şəxslər nəzərə alınır.Qanunun 6-cı maddəsinə əsasən sosial yardım aztəminatlı ailələrə yaşayış yeri üzrə rayon (şəhər) Əhalinin sosial müdafiəsi mərkəzləri tərəfindən təyin olunur; 7-ci maddəsinə əsasən sosial yardımın məbləği ailənin orta aylıq gəliri ilə hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusu arasında yaranan fərq məbləğində hesablanır(məlumat üçün bildiririk ki, ailənin orta aylıq gəliri hesablanan zaman rəsmi və qeyri - rəsmi mənbələrdən ailəyə daxil olan pul və natura formasında bütün gəlirlər nəzərə alınır və 2011-ci il üçün ehtiyac meyarının həddi 75 manat məbləğində müəyyən edilmişdir); 8-ci maddəsinə əsasən sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 2 il müddətinə təyin olunur və aztəminatlı ailə sosial yardım almaq üçün təkrar müraciət etmək hüququna malikdir; 9-cu maddəsinə əsasən tam dövlət təminatında olan şəxslər (uşaq evi və internatlarda, qocalar və əlillər üçün internat evlərində yaşayanlar), müddətli həqiqi hərbi xidmətdə olan şəxslər, cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslər, axtarışda olan şəxslər, Azərbaycan Respublikasının ərazisində yaşamayan Azərbaycan Respublikası vətəndaşları və respublika ərazisində daimi yaşamayan əcnəbilər ailəyə sosial yardım təyin edilən zaman nəzərə alınmırlar. Ailənin istifadəsində nəqliyyat vasitəsi olduqda (dövlət tərəfindən reabilitasiya məqsədləri üçün verilmiş nəqliyyat vasitələri istisna olunmaqla), yaxud ailənin orta aylıq gəlirinin 50 faizindən çox məbləğdə aylıq kredit öhdəçiliyi olduqda, yaxud yardım üçün müraciətdən 1 il əvvəl ailə mənzil aldıqda və yaxud respublika üzrə təsdiq edilmiş yaşayış minimumunun (cari il üçün bu göstərici 95 manatdır) 10 mislindən çox məbləğdə təhsil haqqı ödədikdə və yaxud alqı- satqı etdikdə, həmçinin
ailənin əmək qabiliyyətli, işləməyən üzvü Baş Məşğulluq İdarəsinin yerli orqanı tərəfindən təklif olunmuş 2 münasib işdən imtina etdikdə həmin ailəyə sosial yardımın təyin olunmasından imtina edilir. Sosial yardımın verilməsinə təsir edəcək hallar barədə zəruri məlumatlar verilmədikdə, yaxud ailə tərkibi və ailə üzvlərinin gəlirləri barədə düzgün və ya tam olmayan məlumatlar və sənədlər verildikdə Qanunun 10.2-ci maddəsinə əsasən həmin ailə 1 il müddətinə sosial yardım almaq hüququnu itirir. Amma bunu da qeyd edək ki, məsələ tək qanunvericilik bazasının formalaşması ilə bitmir. Həm də bu sahədə şəffaflığın təmin olunması vacibdir. Çünki bəzən saxta sənədlər əldə edən vətəndaş dövlətdən ünvanlı sosial yardım əldə etməyə çalışır. Bunun qarşısını almaq üçün zaman-zaman müxtəlif tədbirlər həyata keçirilib və sonuncu dəfə yenə də prinsipial dəyişikliklər edildi. Belə ki, Əmək və Əhalinin Sosial müdafiəsi naziri Səlim Müslümov bildirib ki, prezidentin fərmanına əsasən ƏƏSMN-nin mərkəzləşdirilmiş informasiya sistemində ünvanlı dövlət sosial yardımı üzrə Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi (VEMTAS) yaradılacaq. Bu sistemin işə salınması üçün ƏƏSMN beş ay müddətində vətəndaşlara fərdi kommunikasiya vasitələrindən, yəni kompüterlərdən, mobil telefonlardan və s., habelə bu məqsədlər üçün xüsusi olaraq quraşdırılmış infoköşklərdən istifadə etməklə ünvanlı dövlət sosial yardımı ilə bağlı elektron formada müraciət etmək imkanı yaradacaq. Zəruri texniki imkanlara, xüsusi proqram təminatına malik həmin infoköşklər bütün rayon və şəhərlərin poçt şöbələrində quraşdırılacaq və onlar "Elektron hökumət" portalına qoşulacaq. Vətəndaşlar yerli poçt şöbələri tərəfindən pulsuz olaraq onlara verilən və yalnız bu elektron xidmət növü üçün istifadə oluna bilən elektron imzalar vasitəsilə infoköşklərdən ünvanlı dövlət sosial yardımı almaq üçün elektron qaydada müraciət edə biləcəklər.
Vətəndaşların infoköşklərdən etdikləri elektron müraciətlər VEMTAS vasitəsilə qəbul ediləcək: "Bu müraciətlər əsasında vətəndaşların ünvanlı dövlət sosial yardımı almaq hüququna baxılması üçün onlara dair lazımi arayış və məlumatlar artıq onlardan istənilməyəcək, müvafiq dövlət qurumlarından elektron formada əldə olunacaq. Çünki Fərmana uyğun olaraq həmin dövlət orqanları ünvanlı dövlət sosial yardımı üçün tələb olunan arayış və məlumatlar üzrə informasiya resurslarını artıq özlərinin "Elektron hökumət" portalına qoşulan informasiya sistemlərində və ehtiyatlarında yerləşdirəcəklər. ƏƏSMN-nin isə "Elektron hökumət" portalı vasitəsilə müraciət edən şəxslər və onların ailə üzvləri barədə məlumatları əldə etmək üçün həmin informasiya resurslarına çıxışı təmin olunacaq".
Nazir əlavə edib ki, vətəndaşların ünvanlı dövlət sosial yardımı üçün elektron qaydada müraciətləri qəbul olunduqdan sonra rayon (şəhər) əhalinin sosial müdafiəsi mərkəzləri (ƏSMM) onlara verilən tapşırıq əsasında həmin insanların ailələrinin maddi-məişət şəraitinin müayinəsini aparacaqlar: "ƏSMM-lər qısa müddətdə ünvanlı dövlət sosial yardımın təyinatı məqsədləri üçün ailələrin maddi-məişət şəraitinin müayinəsinin müvafiq proqram təminatı ilə təchiz edilmiş xüsusi kompüter avadanlıqları vasitəsilə aparacaqlar və nəticələrin real vaxt rejimində VEMTAS-a ötürülməsini təmin edəcəklər. Bütün əldə olunan məlumatlar ümumiləşdirildikdən sonra müraciət edən ailəyə yardım təyin olunub-olunmaması barədə qərar qəbul olunacaq. Vətəndaşa ailəsinə ünvanlı dövlət sosial yardım təyin olunub-olunmaması barədə məlumat yenə də elektron qaydada veriləcək. Yəni bu məlumat fərdi kommunikasiya vasitələri (kompüter, mobil telefon və s.) olduğu halda onun elektron ünvanına ismarıc formasında çatdırılacaq. Əks halda isə vətəndaş yenə də infoköşklərdə bu məlumatla tanış ola biləcək".
S.Müslümov qeyd edib ki, yeni sistemə keçidlə əlaqədar ünvanlı dövlət sosial yardımının alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi qaydalarının beş ay müddətində yenidən hazırlanıb təsdiq olunması üçün ƏƏSMN tərəfindən hökumətə təkliflər veriləcək: "Cənab Prezidentin 23 fevral 2015-ci il tarixli Fərmanının yüksək səviyyədə icrası və bununla da ünvanlı dövlət sosial yardımı sisteminin icrasında neqativ hallara şərait yaradan məmur-vətəndaş təmaslarının aradan qaldırılması, bu sistemin tam şəffaflaşdırılması üçün ƏƏSMN tərəfindən bütün lazımi səylər göstəriləcək."
Digər Xəbərlər
2024-12-24 16:40:53
2024-12-24 16:28:43
2024-12-24 15:49:55
2024-12-24 12:37:49
2024-12-24 12:35:00
2024-12-24 12:04:26
2024-12-24 10:42:52
2024-12-24 10:35:08
2024-12-24 10:23:03
2024-12-24 10:16:42
2024-12-24 10:06:58
2024-12-24 09:50:20
2024-12-24 09:05:55
2024-12-24 09:01:18
2024-12-23 19:12:14
2024-12-23 14:32:52
2024-12-23 14:06:54
2024-12-23 13:03:24
2024-12-23 12:21:16