İcra
İH: «Bəzi media orqanları ucuz sensasiya yaratmaq üçün həqiqəti əks etdirməyən məlumatları yaymaqla önə çıxmaq istəyirlər. Amma unutmasınlar ki, bu cür cılız yalan xəbər yaymaqla oxucuların gözündən düşürlər»

Bəzi media orqanlarında Sumqayıt Şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcəvla Abşeron rayon icra başçısı İradə Gülməmədovun arasında gərginliyin olması ilə bağlı qərəzli məlumatlar yayılıb.

Məlumata görə, guya İradə Gülməmmədova Zakir Fərəcovdan o qədər asılı vəziyyətdə qalıb ki, hətta xanım başçı ona məxsus olmalı olan 01-AA-001 seriyasılı nömrəsini belə geri ala bilməyib. Bu səbəbdən də xanım icra başçısı isə hazırda "002" seriyalı xidməti avtomobilindən istifadə etmək məcburiyyətində qalıb.

Məsələni araşdırmaq üçün Abşeron rayon icra hakimiyyətiyyətinə müraciət etdik. İcra Hakimiyyətindən unikal.org-a verilən məlumata görə, icra başçıları arasında gərginliyin olması ilə bağlı yazılanlar cəfəngiyyatdır: «Öncə onu nəzərə çatdırırıq, hər iki şəxs cənab Prezident tərəfindən bu vəzifələrə təyin olunub və onların bir-birində asılı olması mümkün deyil. İkinci bir tərəfdən İradə Gülməmədova ilə Zakir Fərəcov arasında hər hansı bir gənginlik yoxdur. Zakir Fərəcov Sumqayıt Şəhər icra hakimiyyətinin başçısı vəzifəsini icra etdiyi gündən 01-AA-001 seriyasılı nömrəli xidməti avtomobili təhvil veribvə həmin avtomobil İradə Gülməmədovanın xidmətindədir. Zakir Fərəcov isə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı kimi 50 AA 001 dövlət nömrə nişanlı xidməti avtomobildən istifadə edir. Görünür, bəzi media orqanları ucuz sensasiya yaratmaq üçün həqiqəti əks etdirməyən məlumatları yaymaqla önə çıxmaq istəyirlər. Amma unutmasınlar ki, bu cür cılız, yalan xəbər yaymaqla oxucuların gözündən düşürlər».

Elvin