Bakıda qardaş bacısını bıçaqlayıb.Unikal.org xəbər verir ki, Suraxanı rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Bülbülə qəsəbəsində qeydə alınıb. 

Qəsəbə sakini, 1980-ci il təvəllüdlü Ramin Əhmədov yaşadığı evdə qısqanclıq zəminində bacısı, 1991-ci il təvəllüdlü Ramiləyə bıçaqla çoxsaylı xəsarət yetirib.

R.Əhmədov tutulub. Faktla bağlı araşdırma aparılır.