Çinin şimal hissələrində iki gündür davam edən şiddətli yağışlar hava nəqliyyatında problemlər yaradıb.
Unikal.org-un Azərtac-a istinadən məlumatına görə, iyulun 20-də Pekin Paytaxt beynəlxalq hava limanında yerinə yetirilməli olan 212 daxili və xarici reys təxirə salınıb. Bundan başqa, xeyli təyyarənin gəlişi və uçuşu böyük gecikmələrlə yerinə yetirilib.
"Azərbaycan Hava Yolları QSC-nin Pekin nümayəndəliyindən bildiriblər ki, pis hava şəraitinə baxmayaraq, iyulun 19-da Bakıdan qalxan təyyarə (J2067) iyulun 20-də səhər tezdən qrafik üzrə Pekinə çatıb. AZAL-ın təyyarəsi geriyə istiqamətdə (J2068) 30 dəqiqə gecikmə ilə Pekin beynəlxalq hava limanından uçuşa başlayıb.