Bu gün Xəzər sularında batan daha iki nəfər Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları tərəfindən xilas edilib.
Unikal.org FHN-in saytına istinadən xəbər verir ki, Dövlət Sularda Xilasetmə Xidmətinə Bakı şəhəri, Qaradağ rayonunda 1 nəfərin dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.
Dərhal Xidmətin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxarıb və aidiyyati üzrə təhvil veriblər. Əməliyyat saat 14:36-da başa çatıb.
Digər hadisə isə Xəzər rayonu ərazisində baş verib. FHN-in Dövlət Sularda Xilasetmə Xidmətinə 1 nəfərin dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.
Xilasedicilər hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxara biliblər. Əməliyyat saat 18:05-də başa çatıb.