İran və ABŞ mövcud münaqişəni həll edə biləcək memorandum imzalamağa bir addım qalıblar.

"Unikal" xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi "X" sosial media saytında yazıb.

"İslamabad anlaşma memorandumunun imzalanması indiyə qədər olduğundan daha yaxındır. Məsuliyyətli və şəffaf yanaşmamıza uyğun olaraq, bütün detallar vaxtında ictimaiyyətə açıqlanacaq", - deyə diplomat qeyd edib və medianı sənədin məzmunu ilə bağlı spekulyasiyalardan çəkinməyə çağırıb.