İndoneziyada dəfn mərasimi başqa ölkələrin dəfn mərasimindən xeyli fərqlənir.

Unikal.org publika.az-a istinadən bildirir ki, Sulavesi adasının əhalisi hesab edir ki, insan, əslində, heç vaxt ölmür. Bu adanın sakinləri ölülərin yerinə, camış qurban verənə qədər onları dəfn etmir. Sulaves xalqı ölünün əvvəlcə oraqanlarını çıxardır, bədənini isə qurudur.

Daha sonra onu canlı insan kimi geyindirir, hətta süfrə belə hazırlayır. Bundan başqa, onlar ölünün dəfn mərasimindən sonra onunla münasibətlərini davam etdirir. Bu xalq bir neçə il sonra da öz əcdadlarını yad edir, onları çimizdirir, hətta ölülər üçün təzə paltar və əşyalar aparır.