Ukrayna üzrə Minsk razılaşmalarını 2016-cı ilin sonunadək yerinə yetirməyə çağırıb.
Unikal.org-un "RİA Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ATƏT-in xüsusi nümayəndəsi Martin Saydik bəyan edib.
"Payızadək müəyyən nəticələr əldə olunmalıdır. Biz artıq ötən ilin sonunda razılaşmaların yerinə yetirilməsi müddətini uzatmışdıq. Bu səbəbdən proses 2016-cı ilin sonunadək yekunlaşmalıdır, deyə M.Saydik bildirib.
Qeyd edək ki, bu gün Minskdə Ukrayna üzrə Təmas qrupunun növbəti görüşü baş tutub.