Zərəngiz Hüseynova MIT Qlobal Sahibkarlıq Tədris Düşərgəsinə qəbul olunub və dünya üzrə tam təqaüd qazanan yalnız dörd iştirakçıdan biri seçilib.
Unikal.org baku.ws-ə istinadən bildirir ki, o, bu yaxınlarda ABŞ-ın Silikon Vadisində təşkil olunan Qlobal Sahibkarlıq Sammitində (GES) iştirak edib. Zərəngiz bizimlə öz təəssüratları ilə bölüşüb:
"GES tədbirinin bir hissəsi olmaq, həqiqətən, ruhlandırıcı idi. Yalnız prezident Obama, dövlət katibi Con Kerri və Google, Facebook, YouTube və Uber kimi şirkətlərin təsisçiləri və rəhbərləri kimi insanlarla görüşdüyümə görə yox, daha çox bütün dünyanın digər iştirakçıları ilə görüşmək şansı əldə etdiyimə görə! Mən bir çox beynəlxalq konfranslarda iştirak etmişəm, lakin belə müxtəlifliyi heç bir tədbirdə görməmişəm. Onların hamısı ala biləcəyiniz ən güclü, motivasiya verən bir mesajı çatdırmaq üçün bir araya gəldilər, xüsusilə inkişaf etməkdə olan ölkənin bir qızı olaraq: "Kim olduğunuzdan və haradan gəldiyinizdən asılı olmayaraq, siz, sadəcə, öz arzularınızın dalınca getməkdən savayı, həm də onları həyata keçirməyin və milyonlarla insana böyük təsir göstərməyin öhdəsindən gələ bilərsiniz!"