Perunun yeni prezidenti Pedro Pablo Kuçinski yenilənmiş Nazirlər Kabinetinin işini idman ilə başlayıb.
Unikal.org AzNews.az-a istinadən xəbər verir ki, ilk iclasdan dərhal sonra 77 yaşlı dövlət başçısı nazirləri öz iqamətgahının həyətinə dəvət edib. Siyasətçilər 2 məşqçinin müşayiəti ilə yoldan keçənlərin gözü önündə xüsusi lentlərlə idman ediblər.
Məlumat üçün bildirək ki, yaşının çox olmasına baxmayaraq Kuçinski fəal şəkildə idmanla məşğul olur. O, bunu sağlam bədəndə sağlam ruhu qorumaq üçün etdiyini deyir. Bu yolla prezident Peruda sağlam yaşamı təbliğ etmək istəyir. Bu səbəbdən Peruda məmurlar üçün hər çərşənbə idmanla məşğul olmaq məcburidir.