Prezidenti Rəcəb Tayyib Ərdoğan, Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin bu ölkəyə səfəri çərçivəsində birgə mətbuat konfransı keçirib.

Unikal.org türkiyə mətbuatına istinadən xəbər verir ki, Ərdoğa mətbuat konfransında belə deyib: "15 iyul gecəsi siyasi tariximizin ən alçaq xəyanətlərindən birinə məruz qaldıq. Həmd olsun Allaha, millətimizin şanlı müqaviməti, hökumətimizin qərarlı duruşu sayəsində bütün bunlar boşa çıxdı. Bu zərbə cəhdi zamanı bir daha  FETÖ-nün qaranlıq üzü, hiyləgər planları və əsl niyyətini ifşa edildi. FETÖ yalnız Türkiyə deyil, fəaliyyət göstərdiyi digər ölkələrə də təhdidlə məşğuldur. Hörmətli qardaşım Nazarbayevə bu məsələni çatdırdım. Mən bundan istifadə edib Qazaxıstanda 5 İyunda reallaşdırılan terror hücumunu da şiddətlə qınayıram".
Ərdoğan Fətullah Gülənin Qazaxıstandakı məktəblərindəndə söz açıb: "Qazaxıstandakı FETÖ məktəblərinə dair danışıqlar apardıq. Və indi bizim Təhsil Nazirliyimiz Qazaxıstan Milli Təhsil Nazirliyi ilə görüşmələrini edəcək. Bu danışıqlar nəticəsində mənə dəyərli qardaşımızın bu ifadəsi çox əhəmiyyətli gəldi. Türkiyəyə düşmən olan bizə də düşməndir. Bu FETÖ bizə bu düşmənliyi etdi. Bu gün bizə sabah başqasına da bunu edə bilərlər".

Daha sonra Qazaxıstan prezidenti Nursultan Nazarbayev danışıb: "Qazaxıstan üçün ən əhəmiyyətli və strateji tərəfdaş olan ölkə Türkiyədir. Bizə rəsmi ziyarətimizdə göstərilən istilik və səmimi münasibətə görə də təşəkkür edirik. Qardaş respublikanın güclənməsi bizim üçün çox əhəmiyyətlidir. 15 iyul gecəsi reallaşan hərbi çevrilişə cəhd hadisəsi  qazax xalqı üçün də əhəmiyyətli bir peşmanlıq olduğunu gördük. Qazax xalqı adından bu hadisə zamanı şəhid olan, yaralanan, acı çəkən hər kəsə Allahdan rəhmət və şəfalar diləyirəm. Bura Rəcəb Tayyib Ərdoğanın yanında olduğumu açıqca söyləmək üçün gəldim. Rəhmətlik Özal mənə telefon açıb Türkiyə sizi tanıyır dediyində son dərəcə kövrəlmişdik. Bizlər bu dövrdən hər zaman əlaqələrimiz yüksək olub. Türkiyənin siyasi quruluşu bizim üçün çox əhəmiyyətlidir. Biz bu il ərzində Tayyib bəy ilə üçüncü dəfə görüşürük. Türkiyənin Şanxay əməkdaşlıq təşkilatında olmasını sonuna qədər dəstəkləyirəm. Nurlu yolla bu əməkdaşlığa qatılmağı təklif edirəm. Biz Türkiyənin gücünə baxaraq əmin addımlarla gedirik. Biz ağıl ilə mənəviyatımızla Türkiyənin layiq olduğu fəxri dərəcəyə çatacağına inanırıq".

Nazərbəyovda FETÖ-nün məktəblərindən danışıb: "Qazaxıstanın məktəblərin hamısı dövlət idarəsində olan təhsil müəssisələridir. Burada dörd dildə təhsil verilir. Müəllimlərin yüzdə 90-i Qazaxıstan vətəndaşıdır. Maliyyə Qazaxıstanın yerli rəhbərliyi təmin edir. Buna görə Türkiyəyə qarşı çıxan  kimsəni dəstəkləməyəcəyik. Biz razılaşdıq iki tərəfin təhsil nazirlikləri bir işçi qrupu yaratsınlar. Həqiqətən Qazaxıstandakı FETÖ məktəblərinin müəllimləri təsbit edilsəki Gülənin tərəfdarlarıdır biz onları geri göndərəcəyik. Amma biz türkiyədən məktəblərdə təhsil üçün başqa müəllimlər istəyəcəyik.  Rəhmətlik Özal zamanında ikimiz Türkiyə özəl lisseylərinin Qazaxıstanda təhsillə bağlı sənəd imzalamışdıq. Amma orada Gülənin olmasının mən fərqində deyildim. Bu xüsusi məktəblərdə təhsil pullu olsada amma təhsil səviyyəsi çox yüksəkdir. Onları arasında terrorizmə bulaşanlar varsa Türkiyənin bütün tələblərinə cavab verəcəyik. Bu məsələ ciddi araşdırılacaq".