Kral ailəsindən növbəti qalmaqallı xəbər yayılıb.

Unikal.org-un xarici KİV-ə istinadən xəbərinə görə, II Yelizavetanın 56 yaşlı oğlu şahzadə Endryu Hollivud ulduzu Demi Murla eşq yaşayır.

Bu haqda məlumatı ilk dəfə "Globe portalı yayıb. Endryu və Demi təsadüfən görüşməyib. Onları şahzadənin keçmiş xanımı, iki qızının anası Sara Ferqyüstan tanış edib.

Sara və Demir dəvətlərin birində tanış olub və uzun müddət dost münasibətlərini saxlayıblar. Ferqyüstan şəxsi həyatı həmişə problem olan rəfiqəsinə kömək etmək qərarına gəlib. Beləcə, keçmiş ərini Murla tanış edib. Bu tanışlıq uğurlu alınıb və Endryu ilə Demi romantik münasibət yaşamağa başlayıb.

Bu xəbər Yelizavetanı özündən çıxarıb. Oğlunun sevgi macəraları ilə dəflərlə gündəmə gələn Yelizaveta bu münasibətə qarşı çıxıb.

Aktrisa və Endryunun münasibətlərini davam edəcəyi və ya Yelizavetanın istəyi ilə bitirəcəyi hələ sual altındadır.