Gəncədə baş verən zəncirvari qəzada xəsarət alanların adları məlum olub.

"Unikal"ın məlumatına görə, qəzada xəsarət alanlar 44 yaşlı O.Titov, 35 yaşlı G.Hüseynova, 29 yaşlı A.Həsənova, 39 yaşlı Z.Həsənov və 37 yaşlı Y.Əsgərovadır. Məlumata görə, qəzaya düşənlərlərin bəziləri toya gedirmiş. Qəza zamanı ərazidə tixac yaranıb. Əraziyə DYP əməkdaşları cəlb edilib. Yolda hərəkətə tam təmin edilib.

Faktla bağlı araşdırma aparılır.

XXX

17:23

Gəncədə zəncirvari qəza olub.

"Unikal"ın məlumatına görə, hadisə şəhərin Nəriman Nərimanov prospekti ərazsində qeydə alınıb. Belə ki, hərəkətdə olan 3 avtomobil toqquşub. Qəza zamanı 5 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Məlumata görə, qəzaya düşənlər toya gedirmiş.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Tural Əhmədov