Cəlilabad rayonunun “Süd zavodu” adlanan ərazisində zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
"Unikal" xəbər verir ki, “VAZ 2106” markalı avtomobilin sürücüsü idarəetməni itirərək iki avtomobilə çırpılıb. Ardınca “Mercedes”, “Hyundai” və “VAZ 2107” markalı avtomobillər də qəza zəncirinə qoşulub.
Qəza nəticəsində “VAZ 2107”də olan iki sərnişin xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.
Xəlil Əliyev