Goranboyda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

"Unikal"ın  məlumatına görə, hadisə Goranboyun Dəlməmmədli şəhəri ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan "VAZ 21099" markalı minik maşını yolu qarşı tərəfə keçmək istəyən orta yaşlı kişini vurub. Piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov