Masallıda 12 otaqlı ev yanıb.

Unikal.org-un Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, rayonun Təzə Alvadı kəndində vətəndaşa məxsus 12 otaqlı evin 2-ci mərtəbəsində 6 otağın yanar konstruksiyaları və dam örtüyü yanıb. Yanğın zamanı vətəndaş yanıq xəsarəti alıb və aidiyyatı üzrə təhvil verilib.

Evin 1-ci mərtəbəsi və qonşu evlər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.