Unikal.org DHA-ya istinadən bildirir ki, Twitter profili "Ayyıldız Tim" haker qrupu tərəfindən "sındırıılan" A.Demirçinin "Hizmet" hərəkatının lideri, Türkiyədə iyulun 15-də hərbi çevriliş cəhdini hazırlamış və rəhbərlik etmiş Fəthullah Gülənin fanatik tərəfdarları, sabiq futbolçu Hakan Şükür və basketbolçu Enes Kanterlə yazışdığı aşkarlanıb.
A.Demirçi "direct" mesajlarında F.Gülənin "sadiq əsgəri" olduğunu, amma "çətin günlər yaşadığını vurğulamışdı. O, Enes Kanterə yazmışdı: "Sənin profilinə abunəçiliyi dayandırıram. Ümid edirəm ki, anlayarsan. Hara baxsan insan ovlayırlar".
Yazışmalar faş olandan sonra Atalay Demirçi İnstagram-dakı profilində xalqdan üzr istəmişdi.
İki övlad atası, 34 yaşlı A.Demirçi Fəthüllahçı Terror Təşkilatı (FETÖ) ilə mübarizə çərçivəsində bu gün Ankarada Terrorla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq prokurorluğa aparılıb.