Əfqanıstanın Paktiya əyalətində törədilən iki partlayış nəticəsində 10 nəfər ölüb.
Unikal.org-un "Assosiated Press" agentliyinə istinadən verdiyi xəbərə görə, içərisində bir ailənin 5 üzvü olan avtomobil minaya düşüb. Daha 5 nəfər traktorun partladılması nəticəsində ölüb. Hər iki hadisə Çamkan rayonunda qeydə alınıb.

Partlayışlara görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib. Lakin insidentin baş verməsində tez-tez təhlükəsizlik qüvvələri və vətəndaşları hədəfə alan "Taliban hərəkatışübhəli bilinir.