Unikal.org-un məlumatına görə, Reuters agentliyi tərəfindən keçirilmiş son sorğuya əsasən, Klinton seçicilərin səsinin 42 faizini, Tramp isə 39 faizini toplaya bilər.
Avqustun 1-də agentliyin keçirdiyi rəy sorğusunda Klintonun üstünlüyü 9 faiz təşkil edirdi.
Xatırladaq ki, ABŞ-da bu il noyabrın 8-də növbəti prezident seçkiləri keçiriləcək.