Hədəf Türkiyə və onun simvolu Rəcəb Tayyib Ərdoğandır. Unikal.org axar.az-a istinadən bildirir ki, bunu Türkiyə Yeni Yüzil Universitetinin professoru Yaşar Hacısalehoğlu deyib.
"Hədəf eyni zamanda o simvolun son 14 ildə yaratdığı siyasi sabitlik və tərəqqidir. Qiyamçılar yeni Suriya yaratmaq istəyirdilər. Çevriliş cəhdi uğurlu olsaydı qarışıq durumlarda görməyə adət etdiyimiz beynəlxalq qurumlar Türkiyəyə ayaq basacaqdı. Beləliklə Türkiyənin inkişafının qarşısı alınacaqdı. Bu, eyni zamanda Türkiyənin istiqlaliyyətini itirməsi ilə nəticələnəcəkdi", - professor bildirib.
Hacısalehoğlu onu da əlavə edib ki, indiki dönəmdə terrorla siyasi fəaliyyəti ayırmaq olduqca çətindir.