ABŞ-ın İllinoys ştatının Çikaqo şəhərində qaradərililərin qətli əleyhinə mitinq başlayıb. Unikal.org-un
"Gazeta.ruya istinadən verdiyi xəbərə görə, etiraz aksiyası qaradərili
yeniyetmənin polis tərəfindən öldürülməsi səhnəsinin əks olunduğu
videoçarxın dərc olunmasından sonra təşkil olunub.
Etirazçılar şəhərin cənub hissəsində toplaşaraq, "Polis bizi öldürür və "İrqçi polis terroruna son kimi şüarlar səsləndiriblər.
Etiraz aksiyasının keçirildiyi ərazi polis tərəfindən mühasirəyə alınıb. Qeyd edək ki, dərc olunmuş videoçarxda oğurladığı avtomobildə qaçmağa
çalışan 18 yaşlı Pol Onilin polis tərəfindən güllələnərək saxlanılması
səhnəsi əks olunub. Sonradan yeniyetmə aldığı güllə yaralarından
keçinib. İnsidentdə iştirak etmiş polis əməkdaşları səlahiyyətlərini
aşdığına görə işdən uzaqlaşdırılıblar.