İsveç arxeoloqları okeanın dibindən 340 yaşı olan pendir küpü çıxarıblar.
Unikal.org "Vista News" saytına istinadla xəbər verir ki, bu tapıntıya İsveçrənin Eyland adaları yaxınlığında 1676-cı ildə batmış "Krunan" gəmisinin qalıqlarının axtarışı zamanı rast gəlinib. Pendirlə yanaşı, okeanın dibindən brilyant üzük və qızıl sikkələr də çıxarılıb. Alimlər tapılan pendirin Rokfor pendir növünə bənzədiyini bildirirlər. Bu süd məhsulunun lilin sayəsində bu günədək qorunub saxlandığı bildirilir.