Rusiya Suriyada güclü kəşfiyyat şəbəkəsi qurdu və bunun nəticəsində terrorçuların olduğu bölgələri dəqiqliklə müəyyənləşdirə bildi.

Unikal.org Axar.az-a istinadən xəbər verir ki, bunu ABŞ-ın Kəşfiyyat-Müdafiə Təşkilatının nümayəndəsi Cefri Vayt deyib.

"Son proseslər göstərdi ki, Suriya məsələsində Rusiya həlledici rola malikdir. Rusiyanın Suriyada qurduğu kəşfiyyat xətti müharibənin taleyinə ciddi təsir edir. Nəticədə rus hərbçiləri terrorçulara qarşı daha effektiv mübarizə aparır, - Vayt bildirib.