Fətullah Gülən dövlət çevrilişinə cəhdə görə qanun qarşısında cavab verməli olacaq.
Unikal.org-un "Reuters" agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin baş naziri Binali Yıldırım İstanbulda keçirilən mitinqdə bəyan edib.
"Siz hamınız bilməlisiniz ki, terror qruplaşmasının rəhbəri Gülən
Türkiyəyə qaytarılacaq və cinayət əməllərinə görə məhkəmə qarşısında
cavab verəcək ", - deyə B. Yıldırım bildirib.
Onun sözlərinə görə, hökumət çevrilişə cəhd edənlərə qarşı münasibətdə intiqam hissi deyil, qanunu rəhbər tutacaq.