Meksikanın şərqində "Erl tropik qasırğasının yaratdığı sel və torpaq sürüşməsi nəticəsində 38 nəfər ölüb.
Unikal.org-un RİA Novosti agentliyinə istinadən məlumatına görə, Puebla ştatında 15-i uşaq olmaqla 28 nəfər təbii fəlakətin qurbanı olub.

Verakrus ştatında 10 nəfərin öldüyü bildirilir. Meksikanın dörd ştatında on minlərlə insan elektrik enerjisiz qalıb.