Rusiya Xəzər donanması avqustun 15-20-dək taktiki təlimlər keçirəcək.
Unikal.org apa-ya istinadən xəbərinə görə, bu barədə RİA Novosti agentliyi məlumat yayıb. Təlimlər dənizin cənub-qərb hissəsində keçiriləcək.
İkimərhələli təlimlər zamanı ölkənin təhlükəsizliyinə təhdid ola biləcək böhranlı durumlar zamanı yerinə yetiriləcək tapşırıqlar sınaqdan keçiriləcək.