Türkiyənin 8-ci prezidenti Turqut Özalın oğlu Əhməd Özal atasının ölümündə Fətullah Gülənin əli olmasını açıqlayıb.

Unikal.org xəbər verir ki, oğul Özal deyib ki, rəhmətlik atamın zəhərlənməsində FETÖ-nün əlaqəsi var və bu mövzuya mütləq gedilməlidir.


Türkiyənin 8-ci prezidenti Turqut Özalın oğlu Əhməd Özal, AA müxbirinə etdiyi şərhdə, 1993-ci ilin Türkiyə baxımından çox əhəmiyyətli olduğunu söylədi.
"Rəhmətliyin məzarı açıldıqdan sonra ekspertizada Ədiliyə Tibb Başçısı, mənim bildiyim qədəriylə, FETÖ-çu olduğu üçün vəzifədən alındı, həbs olundu".

Mövzuyla əlaqədar məhkəmə tibb təşkilatında texniki işi edənlərin təhdid etdiyini bildiklərini izah edən Özal, belə danışdı:
"Rəhmətliyin narahat olduğu gün ona baxmaq üçün iki həkim və iki təcili yardım gəlmişdi. Onlar atamın zəhərlənməsini dedilər və sonradan susdular. Onu da həll edə bilmədim heç bir zaman. Məncə o hadisə çox ciddi araşdırılmalıdır".

"Fətullah Gülən 1991-ci ildə Sızıntı jurnalında yazdığı bir yazıda atama çox ağır ifadələr işlədib. Çünki dediklərini etmədiyi üçün bu baş verdi. Çox ağır sözlər deyib rəhmətlik atamın ünvanına. Çünki atam, bu adamın təhlükəli olduğunu o zamanlrda söyləmişdi. Mən 1993-ci ilin 28 fevrala gedən hadisələrin də çox ciddi araşdırılması lazım olduğunu düşünürəm. Rəhmətlik atamın zəhərlənməsində FETÖ-lə əlaqədar dəlillərim var və bu mövzuya mütləq dərininə gedilməsi lazım".