Rusiya Prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla danışıqların konstruktiv keçdiyini bildirib. Dövlət başçısı bu görüşün Rusiya-Türkiyə münasibətlərinin gələcək taleyi üçün vacib olduğunu vurğulayıb.

Unikal.org-un məlumatına görə, Prezident Putin ikitərəfli əlaqələrin bütün sahələri, həmçinin beynəlxalq gündəliklə bağlı konstruktiv danışıqların aparıldığını söyləyib.

Rusiya dövlətinin başçısı türk şirkətləri ilə bağlı məhdudiyyətlərin mərhələli şəkildə aradan qaldırılacağını bildirib.

Prezident hər iki ölkənin terrorizmlə mübarizədə ümumi mövqeyə malik olduğunu qeyd edib.