Rusiya Türkiyə ilə ikitərəfli münasibətlərin tam bərpa olunmasında maraqlıdır, yaxın zamanlarda 2019-cu ilə qədər əməkdaşlığın orta müddətli proqramı işlənib hazırlanacaq.

Unikal.org "RİA Novosti"-yə istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdən sonra birgə mətbuat konfransında deyib.