Türkiyədə hərbi maşının keçidi zamanı partlayış törədilib.

Unikal.org-un "Hürriyet qəzetinə istinadən verdiyi məlumata görə, Şırnakın Uludərə qəsəbəsində PKK terrorçuları hərbi maşın keçərkən öncədən yola basdırdıqları partlayıcı qurğunu işə salıblar.

Partlayış nəticəsində 5 əsgər şəhid olub, 8 əsgər yaralanıb. Yaralıların bəzilərinin durumu ağırdır. Bölgədə geniş miqyaslı əməliyyat başlanıb.