15 iyulda Türkiyədə dövlət çevrilişinə cəhddən sonra aparılan istintaq əməliyyatları nəticəsində daha 648 hakim və prokuror vəzifəsindən uzaqlaşdırılıb.
Unikal.org-un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Hakimlər və Prokurorlar Yüksək Qurumunun 6-cı dairəsi qərar verib.Qeyd olunur ki, qurum avqustun 11-də 2 min 851 hakim və prokurorun vəzifəsindən azad olunması məsələsini müzakirə edəcək.