Diyarbəkir vilayətinin Sur rayonunda PKK qruplaşmasının üzvlərinin minalanmış avtomobili partlatması nəticəsində 4 nəfər ölüb, 13 nəfər yaralanıb.
Unikal.org-un məlumatına görə, bu barədə "Anadolu" agentliyi məlumat verib.
Partlayıcı qurğu polis avtomobili keçdiyi zaman işə düşüb. Yaralılar xəstəxanaya göndəriliblər.
Terrorçuların tutulması üçün bölgədə əməliyyat aparılır.