ABŞ prezident Barak Obamanın qızı narkotik maddə çəkərkən görüntülənib.
Unikal.org haberler.com-a istinadən məlumatına görə, Barak Obamanın 18 yaşındakı qızı Malia Obama keçən həftə Kolumbiyanın paytaxtı Bogotada keçirilən musiqi festivalına qatılıb. Burada Malianın əylənən zaman gizli kameralar çəkməyə başlayıb. Bu zaman Malia Obama narkotik vasitə (marixuana) çəkərkən görüntülənib.
Bəziləri prezident qızının siqaret çəkdiyini iddia etsə də, şahidlər Malian narkotik maddə çəkdiyini bildirib.
Daha əvvəl həmin festivaldan çəkilən rəqs videosu ilə sosial şəbəklərdə müzakirə mövzusuna çevrilən prezidentin qızı ilə bağlı yayılan son iddia isə qalmaqala səbəb olub.