"5 rayon Azərbaycana qaytarılsa, Dağlıq Qarabağ probleminin nizamlanma prosesinin daha asan mərhələsinə keçəcəyini düşünürəm.
Unikal.org "Haberturkə istinadən verdiyi məlumata görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya səfərindən qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında deyib.
O, Türkiyə-Rusiya-Azərbaycan üçtərəfli formatın yaradılmasın Bakı kimi Moskvanın da müsbət baxdığını bildirib:
"Bu mövzu ilə bağlı xarici işlər nazirimiz azərbaycanlı həmkarı ilə danışıb. Mən bu barədə Vladimir Putinlə dedim və razılaşdıq. Məqsəd bölgədəki siyasi prosesləri yaxından izləməkdir. Bildiyiniz kimi hazırda Qarabağ məsələsi var. Bu məsələ ilə məşğul olan Türkiyənin də daxil olduğu Minsk qrupu başqa nəticələr əldə edə bilərdi. Lakin ABŞ, Rusiya və Fransa olmaqla, yalnız 3 ölkə bu işin içindədir. 23-24 ildir ki, bu məsələni həll etmədilər, ya da həll etmək istəmədilər. Ortada işğal faktı var. Bu işğalı hər kəs qəbul edir. Madam ki, işğal var, bunu niyə həll etmirsiniz? Amma indi bəzi irəliləyişlər var. Vladimir Putin də bu məsələ üzərində işləyir.