Xəzər rayonu, Buzovna qəsəbəsinin Təmənis yaşayış massivinin içməli su təchizatının yaxşılaşdırılması layihəsi çərçivəsində yeni çəkilmiş magistral su xəttinin mövcud sistemlərə birləşdirilməsi ilə əlaqədar avqustun 12-dən etibarən gün ərzində Maştağa və Buzovna qəsəbələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Unikal.org "Azərsu Açıq Səhmdar Cəmiyyətinə istinadən məlumatına görə, yaranacaq narahatlıqla əlaqədar"Azərsu ASCabonentlərdən üzr istəyir.