Azərbaycan prezidenti İlham Əliyev "Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin emblemi haqqında fərmanda dəyişikliklər edilməsi barədə fərman verib.

Unikal.org xəbər verir ki, fərman ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) rəsmi embleminin təsvirində dəyişikliklər edilməklə Dövlət Təhlükəsizlik Xidmətinin emblemi kimi təsdiq edilməsini nəzərdə tutur.

Başqa sözlə, MTN-in embleminin adında, birinci hissəsində və emblemin şəklinin adında, emblemin ikinci hissəsinin birinci cümləsində "Milli Təhlükəsizlik Nazirliyinin sözləri "Dövlət Təhlükəsizliyi Xidmətinin sözləri, ikinci hissəsinin birinci cümləsində "Milli Təhlükəsizlik Nazirliyi sözləri "Dövlət Təhlükəsizliyi Xidməti sözləri ilə əvəz ediləcək.