Müasir zamanın yayılan yeni xəstəliklərindən biri də yüksək bal toplamaq fikri ilə yaşamaqdır. Valideynlər, hətta övladlarına olan sevgini unudaraq beyinlərində sayrışan "yüksək bal toplamalısan fikri"nin qurbanına çevrilirlər. Neçə-neçə yetkin həyata başlamayan canməhz yüksək bal yığa bilmədiyi üçün özünə qəsd edib. Dəfələrləabituriyent və ya tələbələrin intihar faktına rast gəlmişik. Halbuki, yüksək bal toplamaq, heç də həmişə yüksək həyat göstəricisi deyil. Bəsonda bu nədir? Niyə övladlarımızı yüksək bal xəstəliyinə düçar edirik?

Uşaqlara nə edirsə, valideyni edir

Unikal.org xəbər verir ki, psixoloq Orxan Orucun Milli.Az-a bildirdiyinə görə, valideynlərin övladlarına daim olaraq basqı etməsi, "Sən yüksək bal yığmalısan" kimi şərtlərinqoyulması onları mənəvi olaraq sıxır: "Uşaqdan potensialından artıq hədəfə çatmağı tələb etmək istər-istəməz onlarda müəyyən stress amillərinin çoxalmasına səbəb olur. Onsuz da abituriyentlər kifayət qədər stress altında yaşayırlar. Bir tərəfdən də valideynlərin basqısı onların bu stressini daha da çoxaldır.

Bəlkə də imtahan vaxtı abituriyent özünü bir o qədər də həyəcanlandırmayacaqdı, o stressi bu qədər güclü keçirtməyəcəkdi, amma valideynin hər dəfə övladının imtahan verəcəyinə görə narahat olması və bu narahatlığın uşağa göstərilməsi, bəzən bunun hansısa bir tələb formasında uşağın qarşısına qoyulmasıuşaqda həyəcanı çoxaldır. Normal şəraitdə imtahanlara hazırlaşan abituriyent yaxşı nəticə göstərəcəkdisə, həyəcan səbəbilə bəzi şeyləri unutmağa başlayır, stressə düşür. Bu imtahan hazırlıq proseslərinə də öz mənfi təsirini göstərir".

O.Oruc qeyd edib ki, uşaqlar adətən valideynlərin davranışlarını daha da ideallaşdırır: "Onların daha doğru hərəkət etdiyini düşünür və yaxud uşaqlıqdan öyrəşirlər ki, "Valideyn nə deyirsə, odur", "Valideyn düz deyir" və s.

Valideynin övladına görə narahat olması, həyəcan keçirməsinormaldır. Amma həyəcanı uşağa da keçirtməsin deyə bunu uşağa göstərməməyə çalışmalıdır. Valideyn nə qədər çox həyəcanlanırsa, bir o qədər də həyəcanını uşağa keçirir".

Biz sənə görə o qədər pul tökürük, bu nə baldı, yığdın?

"Hər dəqiqədən bir uşağın başına vurmaq ki, "Sən imtahandan keçməlisən, yüksək bal toplamalısan. Biz sənin üçün nə qədər pul tökürük" - çox yanlış addımdır. Bu kimi reaksiyalar uşağın çalışqanlığını artırmır, əksinə, həyəcanını artırır. Bu da, bildiyiniz kimi, imatahanların nəticəsinin aşağı düşməsinə səbəb olur.

Bəzi hallarda iradəsi zəif, motivasiyası aşağı, özünə qapalı uşaqların depressiyaya düşməsinə, intihara əl atmasına da gətirib çıxarır. Buna görə valideynlər diqqətli olmalıdırlar", - deyə psixoloq bildirib.

Yüksək bal xəstəliyi əzbərçiliyə səbəb olur

Psixoloqun sözlərinə görə, universitetlərə qəbulun test imtahanı ilə keçirilməsi bəzən həm valideynlərin, həm də abituriyentlərin əsas məqsəddən qaçması hallarını yaradır: "Abituriyentlər hansı ixtisası seçmək əvəzinə, kimdənsə çox bal toplamağı hədəfləyir və ya kimdənsə daha az bal toplamağın məyusluğunu yaşayırlar. Sözsüz ki, burada da valideynlərin rolu çox böyükdür. Belə ki, ixtisas seçməkdə çətinlik çəkən və ya hansı ixtisasın özünə uyğun olduğunu müəyyənləşdirə bilməyən abituriyentlər valideynlər tərəfindən yönləndirilirlər. Belə məqamda valideynlər çox diqqətli olmalı və seçilən ixtisasın abituriyentin potensialına, bacarıq və qabiliyyətlərinə uyğun olub-olmadığını düşünməlidir. Əsas problemlər də çox vaxt bundan irəli gəlir. Bəzi valideynlər öz reallaşmayan arzularını uşaqların üzərində tətbiq etmək istəyirlər, bəziləri qohum-qonşunu nəzərə alıb dəbdə olan ixtisasın seçilməsinə üstünlük verirlər və beləliklə, potensialına uyğun olmayan ixtisas sahibləri formalaşır".



"Çox maraqlıdır ki, 8-10 il əvvəl 700 bal toplayan abituriyentlərin sayı indiki ilə müqayisədə dəfələrlə az idi. Lakin çox aşağı nəticə göstərən abituriyentlərin sayı da indikindən qat-qat az idi. Sankiyuxarı bal toplamaq üçün abituriyentlər arasında xüsusi bir motivasiya var. Əlbəttə, bu bir tərəfdən yaxşıdır. Amma digər tərəfdən abituriyentlərdə əzbərləmə, məntiqsiz düşünmə kimi problemlər yaradır. Çünki adətən sualların bir neçəsi elə bir şəkildə tərtib olunur ki, suala səhv cavab verməyin səbəbi məntiqi nəticə ilə bağlı olur. Yəni, məntiqi çaşdıran suallar olur. Ancaq bu sualların hamısına düzgün cavab verilirsə, bu həddindən artıq dəqiq məntiqin yox, çox təəssüf ki, əzbərləmənin nəticəsi olur.

Dəfələrlə abituriyentlər görmüşəm ki, onlar istədikləri ixtisasa qəbul olublar, amma istədikləri balı yığmadıqlarına görə bir məyusluq, özünə inam hissinin aşağı düşməsi hallarını yaşayırlar. Məsələn, deyək ki, qəbul olmaq istədiyi ixtisasın keçid balı 500 olub, abituriyent isə 540 balla həmin ixtisasa qəbul olur. Amma yenə də özünü qalib kimi yox, məğlub kimi hiss edir. Çünki ailəsi tərəfindən və ya özü tərəfindən qarşıya qoyulan 600 balı toplamaq alınmayıb. Bu artıq əsas məqsəddən uzaqlaşmanın və sağlam yanaşmanın olmadığının göstəricisidir. Yəni, əsassız prinsipiallıq da deyə bilərik. Sözsüz, bu bəzi məqamlarda faydalıdır. Ancaq bu artıq abituriyentin, gələcək peşəkar olacaq şəxsin özgüvən hissinin zəifləməsinə səbəb olursa, fayda verməkdən uzaqlaşır", - mütəxəssis deyib.

Yüksək bal toplayanlar artır

Təhsil üzrə ekspert Etibar Əliyev bildirib ki, statistikaya görə, bu il ali məktəblərə qəbul imtahanlarında 78545 abituriyent iştirak edib: "Ötən illərlə müqayisədə abituriyentlərin sayı azalıb. Lakin imtahanda 200 baldan yuxarı nəticə göstərən abituriyentlərin sayı artıb. Yüksək bal toplayanların sayında da artım müşahidə olunur. Belə ki, 200 baldan artıq nəticə göstərmiş abituriyentlərin sayı 43,8 faizdir, bu isə ötən ilə nisbətən 3,8 faiz çoxdur".


Onun sözlərinə görə, valideynlərin və şagirdlərin istəyi ondan ibarətdir ki, yüksək bal toplasınlar: "Bunun üçün mütləq insanın qabiliyyəti olmalıdır. "Quyuya nə qədər su töksən, quyu dolmaz" - belə bir ifadə var. Ona görə də qabiliyyətli uşaqlar çox vaxt orta məktəbdə aldığı təhsillə kifayətlənərək yüksək nəticəni toplayırlar. Amma bir çox hallarda valideynlər təkid edirlər ki, filankəs 600-700 bal toplayıb. Siz də mütləq yüksək bal toplamalısız. Amma burada mütləq şagirdin götürmə qabiliyyətini, istedadını nəzərə almaq lazımdır. Mən hesab edirəm ki, məktəb təhsilinin keyfiyyəti yüksəldikcə yüksək bal toplayanların sayı get-gedə artacaq.

Bir də dərsliklərdə sadələşmə prosesi aparılmalıdır. Çox maraqlı məsələdir ki, şagird müstəqil olaraq dərslikdən istifadə edib çox vaxt orada oxuduqlarını anlaya bilmir. Bunu test tapşırıqları vasitəsilə anlamaq istəyir. Amma bu da çox böyük çətinliklər yaradır.

Elə valideynlər var ki, külli miqdarda vəsait xərcləyirlər, amma övladları imtahan verəndən sonra nəticələrə baxanda şoka düşürlər: "Axı bu yüksək bal yığmalıydı, 200-300 bal yığmamalıydı. Bu necə belə olub?" sualları ilə qarşı-qarşıya qalırlar. Bu onun qabiliyyəti ilə bağlıdır. Deməli, uşağın qabiliyyəti tədris materiallarında verilənləri, keçirilən dərsləri mənimsəyə imkan vermir.
Bu, yaxşı hal deyil".

Müəllimlər uşağa dərsi izah etmək əvəzinə, qabaqlarına test atırlar

Ekspert bildirib ki, orta məktəb dərsliklərində olan mətnin, çalışmanın izahını müəllim verməlidir: "Amma müəllim nə edir? Test verir və dərsi testlərlə başa salır".

Bəzən müəllimlər onların yanlarına gələn abituriyentlər üçün test tapşırıqlarında hazır cavabları dairələyərək əzbərləməyi təklif edirlər. E.Əliyev hesab edir ki, məhz bu əzbərçiliyə, aşağı nəticələrin toplanılmasına səbəb olur: "Bu şəkildə yaxşı təhsil vermək mümkün ola bilməz. Müəllim uşağı düşündürməyə çalışmalıdır. ABŞ təhsil aktında yazılır ki, müəllim aşkarlamalıdır ki, şagirdlər düşünə bilirmi? Əzbərçilik düşünməyin qarşısını alır".

Yaxşı sənətkar savadsız ali təhsilli şəxsdən nüfuzludur

Təhsil ekspertinin fikrincə, valideynlərin əksəriyyəti övladlarının ali təhsil almağını istəyir: "Heç biri istəmir ki, övladı peşə təhsili alsın. Heç kim uşaqlarında peşə keyfiyyətlərini aşkar etmək istəmir. İstəyirlər ki, yüksək nəticə göstərsinlər. Lakin heç də ali savad işlə təminata zəmanət vermir. Yaxşı sənətkar savadsız ali təhsilli şəxsdən nüfuzlu adamdır. Təəssüf ki, bizdə bu gün meyl yoxdur ki, övladım saatsaz, dərzi və ya dülgər olsun. Ali təhsil üzrə verilən biliklər daim yenilənir, kim geri qalırsa, işlə təmin oluna bilmir".