...Kəskinüfunətdənəllərimizləburnumuzuqapatmışıq.Kanalizasiyadangələnçirkababatmamaqüçünyerədaşdöşənsədə,keçməkmümkündeyil.Binanınkanalizasiyasistemiçoxdansıradançıxıb,neçəvaxtdırsuküçəyəaxır. Ətrafaatılantullantılarsuyunüzünə çıxır,dahaiyrəncvəziyyətyaradır.

Qəflətən arxadan kimsə qışqırır: "Hara gedirsiz? Görmürsünüz, binanın bu hissəsi uçur?

Geri qayıdıb dar döngədən həyətə keçirik. Su, kanalizasiya, işıq xətləri hörümçək toru kimi binaya sarılıb. Az qala bütün eyvanlardan su axır. Nə baş verdiyini anlamadan özümüzü dəhlizə atırıq...

"Qonaq gəlib, şəkil çəkirlər, - uşaqların qışqırtısına bir neçə qapı açılır-¦

Bura Rabitə və Nəqliyyat Kollecinin yataqxanasıdır. Metronun "20 Yanvar stansiyasının yaxınlığında, Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi, 443-dəki pəncərəsiz, qapısız, hamamsız, ayaqyolusuz, üstəlik qəzalı binada 120-dən çox məcburi köçkün ailəsi məskunlaşıb.

Sual verməyə macal tapmırıq. Hər kəs şəraitini görməyə, dərdini danışmağa çalışır. "İkinci mərtəbəyə çıxın təklifi birinci mərtəbədəkilərin narazılığına səbəb olur.

69 yaşlı məcburi köçkün Emeliya Kərimova dərdini danışır:"24 ildir 3 oğlumla bu otaqda yaşayıram. Oğlumun biri Qarabağda əlil olub, indi epilepsiyadan əziyyət çəkir. Tutması olanda burnundan, ağzından qan açılır. Heç kim onunla maraqlanmır. Şəraitsizlikdən oğlanlarımı evləndirə bilmirəm. Uşaqlar gözümün qarşısında qocalırlar.

Kərimovlar ailəsi təxminən 15 kvadrat metr sahəsi olan bir otaqda yaşayır. Otağa yalnız 3 çarpayı yerləşdirilib. Küncə qoyulmuş balaca masanın üstündə pomidor qovurması var. Nəmişlikdən divardan su damır.

Emeliya xanım deyir ki, şəraitini danışmaq üçün "Qaçqınkoma gedib. Ona deyiblər ki, gələcəkdə yataqxananın köçürülməsi nəzərdə tutulub, sadəcə, daha bir neçə il səbr etmək lazımdır:"Acın toxdan xəbəri yoxdur. Hamısının cibi dolu, qarnı toxdur. Şəraitimi sözlə təsvir edə bilmədim.

Fizulidən köçkün düşmüş Aygün isə deyir ki, burada yaşayan qaçqın uşaqlarının ən böyük arzusu təmiz, hamamı, ayaqyolu olan evə sahib olmaqdır."6 nəfər bir otaqda yaşayırıq. Aradan pərdə tutmuşam ki, gəlin qaynatanın yanında yatmaqdan utanmasın. Səhər yorğan-döşəyi yığışdırıb ortalığa bu masanı qoyuruq. Nahar edəndən sonra elə həmin masanın üstündə yemək hazırlayırıq. Bəzən uşaqlar dərs oxumaq üçün stol üstündə dava edirlər. Axşam da götürüb çölə qoyuruq ki, yorğan-döşəyi salmağa yer olsun.

-¦Hər mərtəbədə təxminən 1 mertlik "otaq taxta qapı ilə örtülüb. Qapının deşilmiş yerləri kağızla tutulub. Sakinlər "sanitar qovşağı adlandırdıqları yarızirzəmidə həm yuyunur, həm də təbii ehtiyaclarını ödəyirlər.

"Sanitar qovşağının kanalizasiya sistemi çöküb. Çirkab su 5-ci mərtəbədən 4-cü mərtəbəyə, oradan 3-ə və beləliklə, həyətə qədər tökülür.

"Kimsə ayaqyoluna girəndə digəri qapının arxasında növbə gözləyir. Çünki qapılar köhnəlib, örtülmür, - yanımızda dayanan Laçından məcburi köçkün Arifə xala məlumat verir.

Onun sözlərinə görə, ayaqyolunun üfunəti bütün otaqlara yayılır."İndiki dövrdə heç kim belə ayaqyolundan istifadə etməz. Başdan-ayağa infeksiya mənbəyidir. Göydən çirkab su başımıza tökülür. Arada pul yığıb boruları dəyişmək istədik, amma heç bir usta yaxın durmadı. Dedilər ki, kanalizasiya tamamilə dəyişməlidir. Bina qəzalı vəziyyətdə olduğundan ustalar da iş görməyə çəkinirlər.

Ayaqyolunda yuyunmaqdan iyrənənlər evdə çimirlər."Suyu qızdırıb vannaya tökürük. Sonra digər vannanın içərisinə girib çimirik. Sonra da vannadakı suyu ayaqyoluna daşıyırıq,- köçkünlərdən biri izah edir.

"Sonuncu dəfə nə vaxt gəldiklərini unutmuşuq. Heç qeydiyyat üçün də gəlmirlər. Əgər qaçqınların problemləri ilə maraqlanmırlarsa, onda bu qurumlar nəyə lazımdır? Onlar belə yerlərə gəlməkdən iyrənirlər. İyrəndikləri qaçqınların hesabına hamısının villası var, - Kəlbəcərdən köçkün düşmüş qadınının sərt sözləri digərlərini qorxuya salır."Eşidərlər, sonra səni qeydiyyatdan çıxararlar. Hər şey əllərində deyil? Kimdir sənin şikayətinə baxan?- yanındakı yaşlı qadın sözünü kəsir.

Qeydiyyatdan söz düşmüşkən, binada təxminən 120 məcburi köçkün yaşasa da, 600 ailə qeydiyyata alınıb. Qaçqınlar deyirlər ki, çoxu evini ya kirayəyə verir, ya da digər rayondan gələnlərə satıb:"Bir dəfə maraqlanmayıb, soruşmayıblar ki, 600 ailə bu binada necə yaşaya bilər. Pul alıb hər gələni siyahıya salıblar. Sonra da pulu olanı köçürəcəklər. Yenə də bu şəraitdə yaşayanlar evsiz qalacaqlar.

Yataqxanada yaşayanlar daha siçovul, kərtənkələ, tarakan və ya digər həşəratlardan qorxmurlar. Artıq onlarla yaşamağa alışıblar.

Yataqxananın ətrafında taxtadan, dəmirdən balaca evlər tikilib. Amma zibil tullantıları, kanalizasiyadan axan su burada məskunlaşan köçkünləri də əldən salıb.

-¦"Anam deyir ki, təzə evdə hamam da olacaq, ayaqyolu da. Evin içində ey. Göydən su töküləcək, biz də çiməcəyik, - səhərdən deyilənlərə qulaq asan uşaq dillənir. Və arzusu yerinə yetmiş kimi gözləri sevinclə parıldayır.

virtualaz.org