"Məni bütün el-oba tanıyır. Siyəzəndə deyildim,dünən axşam gəlmişəm. Videoya çəkib yazıblar ki, evi var. Adamınevi olar da... Mənin 70-ə yaxın yaşım var, 55-60 ildir çalışıram, məgər mənim evim olmamalıdır?! Videonu çəkən adama demək lazımdır ki, sənin nə icazən var mənim evimiçəkirsən, kimdən icazə alıb çəkirsən?"
Unikal.org xəbər verir ki, bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı Tahir Süleymanov deyib.
O, Siyəzən rayonunda yerləşən evinin yaxınlığındakı məsciddə azan verilməsinə qadağa qoyması barədə iddialara da münasibət bildirib:"Deyir guyamən azan səsini xoşlamıram. Axı bunu hansı əsasla demək olar? Məgər bizmüsəlman, azərbaycanlı deyilik?Azan veriləndə mən onunsəsini ana laylası kimi eşidirəm, qəbul edirəm. Biz azan səsi ilə böyümüşük, bu nə söhbətdir mənim başım çıxmır?!İnsan gərək vicdanla hərəkət eləsin. Onu çəkənə demək lazımdır ki, ay balakimin sifarişi ilə bura gəlmisən, kimin sifarişi ilə belə bir material hazırlamısan?Sən "azan xoşuna gəlmir, azanı susdurub" deməklə mənim inancıma, dini əqidəmə dəxələl gətirirsən.Hər bir azərbaycanlı, hər bir müsəlmanın damarında əgər müsəlman qanı varsa o azanla doğulur, azanla da böyüyür. Mən inanclı bir insanam. Bu rayonun məscidlə, qəbiristanlıqla bağlı və başqa xeyriyyə işlərini mən aparıram. İndi camaat da təəccüb edir ki, bu nə yazıdır?".
54 saylı Şabran-Siyəzən seçki dairəsindən deputat seçilmiş Tahir Süleymanova ilə üzvlərinin də inanclı olduğunu vurğulayıb: "Rayonda ən inanclı ailələrdənbiri mənim ailəmdir, biz namaz qılan adamlarıq. Bu videonu çəkən adamnə danışır?! Biz insanlara xidmət edirik".
O, barəsində hazırlanan materialın sifariş olduğunu deyib: "Təbii ki, bu,sifarişdir. Başqa nə ola bilərki!? Kimə istinadla deyə bilərlərki, mənim azan səsindən xoşumgəlmir. Elə bir müsəlman ola bilərmi ki, azan səsi xoşuna gəlməsin? Bizim muğamımız da, "Quran"ımız da azandan əmələ gəlib. Azandan kimin xoşu gəlməyə bilər?!İnsan qələmi əlinə alıb yazanda bu dərəcə vicdansızlıq edərmi, bu dərəcədə vicdansızlıq ola bilərmi?! Necə ola bilər ki, bizim evin yanındakı məsciddəazan verilməsin? Məsciddə bir dəqiqə də azanla bağlı problem olmayıb, vaxtlı-vaxtında azan verilir, insanlar azan səsinə durub namaz qılırlar".
Deputat onunla bağlı videomaterial hazırlayan Mehman Hüseynovu məhkəməyə verib-verməyəcəyini barədədə danışıb: "Bəziləri mənə məsləhət gördü ki, onu məhkəməyə verim. Mən də dedim ki, adam gərək məhkəmədə vicdanlı biri ilə üz-üzə dursun".