Müğənnilər Sevil və Sevincbacıları "Xəzər" telekanalında yayımlanan və hazırda tətilə yollanan "Hər şey daxil" verilişindən danışıb.

Unikal.org xəbər verir ki, axsam.az-a açıqlama verən əkiz bacılar payızda yeni layihə edəcəklərini bildiriblər:

Rusiya şou-biznesinə qatılan ifaçılar deyiblər ki, Bakını tərk etməyəcəklər:

"Burada edəcəyimiz bütün işləri Moskvada reallaşdıracayıq. Amma buradan getməyi düşünmürük. Verilişimizi burada heç bir müğənniyə etibar edə bilmərik. Onu kimə verib gedək?

Hazırda "Hər şey daxil"in təkrar bölümləri yayımlanır. Yeni mövsümdə olub-olmayacağını bilmirik. Sentyabr 15-də aqibətimiz bəlli olacaq. İcazə verilsə, efirə gedəcək, verilməsə başqa layihəmiz olacaq".