Tovuz rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalov təkcə Azərbaycan bayrağına sayğısızlıq nümayiş etdirmir, eyni zamanda bu sayğısızlığı ulu öndər Heydər Əliyevin xatirəsinə qarşı da ortaya qoyur
Tovuz rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalovun Azərbaycan bayrağına hörmətsizliyi haqqında yazılar Azmedia.info-da dərc olunduqdan sonra başçı hər fürsətdə ona qarşı qərəzi olduğumuzu və böhtanla məşğul olduğumuzu bildirir.

Unikal.org xəbər verir ki, Azmedia.info-nun Tovuzun mərkəzində çəkdiyi şəkillər isə bir daha bunun əksini sübut etməkdədir.

Qeyd edək ki, aşağıda oxucularımızın diqqətinə təqdim edəcəyimiz şəkillər Tovuz rayon İcra Hakimiyyətinin qarşısında yerləşən Heydər Əliyev meydanıda çəkilib. Bundan əvvəl isə AzMedia.info olaraq Tovuzun girəcəyindəki Bayraq Meydanıdakı acınacaqlı vəziyyəti oxucularımızın diqqətinə cəlb etmişdik. Bayraq Meydanıdakı rəzalətlə bağlı yazımızdan sonra icra başçısı əvvəl bizi məhkəmə ilə hədələmiş, daha sonra isə ona qarşı şər kampaniyası yürütmək adı ilə haqqımızda Mətbuat Şurasına müraciət etmişdi. Mətbuat Şurası isə bizim onlara təqdim etdiymiz faktlardan sonra icra başçısının mürasiətini Şikayətlər Komissiyasının iclasının gündəliyindən çıxarmışdı.

Öz tərəfimizdən bildiririk ki, bizim hörmətli Tofiq müəllimə qarşı heç bir qərəzimiz yoxdur. Lakin Tofiq müəllimin artıq Azərbaycan bayrağına qarşı sərgilədiyi münasibəti qərəzli olaraq görürük. Çünki bir təqribən ay yarım əvvəl Bayraq Meydanıdakı acınacaqlı vəziyyəti ictimaiyyətin diqqətinə çıxarmağımıza baxmayaraq Tofiq Zeynalov Bayraq Meydanının abalaşdırılması üçün heç bir addım atmır. Onu deyək kİ Tovuzun abalaşdırılması üçün istər ötən il, istərsə də bu il kifayət qədər vəsait ayrılıb. Lakin bu vəsaitlərin hara sərf olunuduğunu ancaq icra başçısı və Tovuz rayon İcra Hakimiyyətinin birinci müavin, Tofiq Zeynalovun qudası olan Mahir Həsənov bilir. Birdə həmin vəsaitlərin "yuyulduğu "10 manatlıq MMC-lərin "sahibləri.

Tovuzun mərkəzindəki vəziyyət isə doğurdan da acınacaqlıdır. Tovuz rayon İcra Hakimiyyətinin qarşısındakı Heydər Əliyev Mərkəzinin qarşındakı vəziyyət isə şərhə ehtiyac duymur. Şəkillərdən göründüyü kimi Tovuz rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalov təkcə Azərbaycan bayrağına sayğısızlıq nümayiş etdirmir, eyni zamanda bu sayğısızlığı ulu öndər Heydər Əliyevin xatirəsinə qarşı da ortaya qoyur.



Bu şüarın arxasındakı zibil qutuları diqqət çəkicidir



Bu baxımsız halda olan Heydər Əliyev Mərkəzinin qarşısıdır



Bu da Heydər Əliyev meydanıda Tofiq Zeynalovun Azərbaycan bayrağına ehtiramı

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.