Ukrayna sərhədində Rusiya qadağan edilmiş silahlardan istifadə edib.
Unikal.org Axar.az-aistinadən xəbər verir ki, bu barədə açıqlama verən Dövlət Sərhəd Xidmətinin rəhbəri Viktor Nazarenko rusların lazer silahından istifadə etdiklərini bildirib.
"Bir az əvvəl bizim hərbi qulluqçularımıza qarşı rusiyalılar lazer silahından istifadə edirdilər. Nəticədə 3 hərbçimiz gözlərindən yanıq xəsarətləri aldılar. Onların müalicəsi ilə məşğul oluruq, hələlik onlarda görmə xeyli zəifləyib", - Nazarenko qeyd edib.