Unikal.org AZƏRTAC-a istinadən bildirir ki, Beynəlxalq Türk Akademiyasının (TWESCO) monqol və qazax arxeoloqlarının Monqolustanın Şivəət Ulaan bölgəsində davam etdirdiyi qazıntılar zamanı türklərə məxsus daş heykəllər aşkarlanıb.
Arxeoloji qazıntılar çərçivəsində avqustun 24-də "Böyük Bozkır Köçəriləri" mövzusunda seminar təşkil ediləcək. Seminarda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Türkiyə və Rusiyadan elm adamlarının iştirakı gözlənilir.
Mavzoleydəki arxeoloji qazıntılar TWESCO-nun Monqolustan Elm Akademiyası və Tarix İnstitutu ilə birgə layihəsi çərçivəsində reallaşıb.