Fətullah Gülənin Türkiyəyə ekstradisiyası məsələsi siyasətlə əlaqəli deyil.
Unikal.org-un APA-ya istinadə verdiyi xəbərə görə, bunu Dövlət Departamentinin rəsmi nümayəndəsi Mark Toner bildirib.
"Gülənin ekstradisiyası məsələsinin hər-hansı siyasi proseslərlə heç-bir əlaqəsi yoxdur. Bu məsələyə bizim Türkiyə ilə bağladığımız ekstradisiya haqqında saziş çərçivəsində baxılır, - deyə o qeyd edib. Onun sözlərinə görə, ABŞ təqdim olunan sənədləri nəzərdən keçirir və bu proses müəyyən müddət tələb edib.
Toner həmçinin Kerri və Çavuşoğlu arasında az əvvəl bu məsələnin müzakirə olunduğunu xatırladıb.