"Azərbaycanda FETÖ təhlükəsinə ciddi yanaşırlar. Türkiyədə bu qrupa qarşı görülən tədbirlərə Azərbaycanda mənfi yanaşma meyli yoxdur".
Unikal.org xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri İsmail Alper Coşkun "Anadolu" agentliyinə müsahibəsində bildirib.
"Azərbaycanlıların Türkiyədə baş verənlərlə maraqlanması başqalarından daha çox fərqlənir. Çünki bu ölkə Türkiyəyə ürəkdən bağlıdır. Türkiyədə baş verənləri burada səmimiyyətlə anlamaq ehtiyacı var", - deyə, səfir Fətullahçı terror təşkilatı (FETÖ) ilə bağlı Türkiyədə baş verənlərə Azərbaycan əhalisinin münasibətini dəyərləndirərkən vurğulayıb.
O, iyulun 15-də dövlət çevirilişinə cəhd və Türkiyədə FETÖ-çülərə qarşı aparılan əməliyyatlar haqqında Azərbaycan ictimaiyyətini məlumatlandırdıqlarını söyləyib.
"Türkiyə olaraq, həm ölkmizdə, həm də ətrafımızda sabitlik istəyirik. Bu coğrafiyada heç bir dövlətlə rəqabət etməyə ehtiyacımız yoxdur. Türkiyə beynəlxalq hüquq çərçivəsində ölkələrin daxili işlərinə qarışmadan, beynəlxalq səviyyədə tanınan sərhədlərə hörmət göstərir. Dağlıq Qarabağın işğaldan azad edilib, əməkdaşlığın daha sabit əsasda qurulmasının tərəfdarıyıq", - deyə səfir bildirib.
O Azərbaycan, Gürcüstan, İran və Türkmənistanla uğurlu əməkdaşlıq formatı yaradıldığını deyib: "İndi isə Türkiyə, Azərbaycan və Rusiya üçlüyü formatında əməkdaşlıq yaradılır."