Ankara Respublika Baş Prokurorluğunun FETÖ istintaqı çərçivəsində Əhməd Davudoğlunun xarici işlər nazirliyi dövründə xüsusi müşaviri olaraq "sağ əli" kimi tanınmış Gürcan Balıq saxlanılıb.

Ankara Respublika Baş Prokurorluğunun göstərişi əsasında Ankara polisi dünən səfirlər Tuncay Babalı ilə Ali Fındığı tutub. 

Unikal.org  Türkiyə KİV-inə istinadən bildirir ki, bu gün də Gürcan Balıq saxlanılıb.

Xatırladaq ki, Gürcan Balıq 2013-cü ilin sentyabr ayında dövrün prezidenti Abdullah Gül ilə birlikdə BMT konfransı üçün Nyu-Yorka getmişdi. O dövrün XİN rəhbəri Davudoğlu Gülün BMT-də çıxış etdiyi gün Pensilvaniyaya gedərək Gülən ilə görüşmüşdü. Gül bu ziyarətdən daha sonra xəbər tutmuşdu. Gürcan Balıq Gülün xüsusi müşaviri olmasına baxmayaraq bu ziyarəti Gülə deməmişdi.

Əhməd Davudoğlunun "sağ əli" həbs edildi - FOTO