Əməkdar artist Suğra Bağırzadə oynamaq istədiyi rollardan danışıb. Unikal.org xəbər verir ki, o bu haqda Milli.Az-a bildirib:
"Mən "Ulduz" filminə çəkiləndə 9-cu sinifdə oxuyurdum. Bu filmdən sonra ən azı 10 filmdə çəkilmişəm. Hansı filmdən mənə dəvət gəlibsə və rolu bəyənmişəmsə, təklifi qəbul edib çəkilmişəm. Bu gün də aktrisalıqdan imtina etməmişəm. Bəyəndiyim rolları müxtəlif seriallarda oynayıram. Bu sözü mən həmişə demişəm, yenə də deyirəm ki, müasir dövrdə çəkilən serial və filmlərdə qadın rolları çox azdır. Amma maraqlıdır ki, kişi rolları çoxluq təşkil edir. İndi elə bir vaxtımdır ki, nənə, xala, ana, bibi rolları oynamalıyam" (gülür).