Gənclər və idman Nazirliyinin rəsmisi Olimpiya mükafatçımızın Rioda harada qalmasından xəbərsizdir.
Unikal.org AzNews.az-a istinadən xəbər verir ki, GİN-in mətbuat xidmətinin rəhbəri Samaya Məmmədova bildirib ki, taekvondo üzrə bürünc mükafatçımız Milad Beigi Harçeqani Rioda Atletlər kəndində qalmır, hansısa oteldə qalır. Müsahibə vermək istəmir.
Bunun səbəbini taekvondo yığma komandamızın köməkçi məşqçisi Elnur Amanovdan soruşduq.
Məşqçi AzNews.az -a açıqlamasında nazirlik rəsmisinin sözlərini təqzib edib:
"Milad Atletlər kəndində qalır. Yalandır... Biz - mən, Rza müəllim, Milad və Radik bir otaqda qalırıq.
Otağımızın da nömrəsi 1005-dir. Çox görsənmirik, məşqə gedirdik, tez gəlirdik otağa... Yeməyə gedirdik, qayıdırdıq otağa...
Avqustun 17-dən də yarış başlayıb. Səhər tezdən 09:00-da gəlirik, axşam saat 12 - 1 arası da gedirik kəndə... Ola bilsin görmədiyi üçün elə deyib.
Xatırladaq ki, Rioda keçirilən Yay Olimpiya Oyunlarında ölkəmizi təmsil edən taekvondoçu Milad Beigi Harçeqani bürünc medal görüşünə çıxıb. 80 kq. çəki dərəcəsində son təsəlliverici görüşdə rəqib Pyotr Pajinski (Polşa) olub. Təmiz qələbə ilə qalib gəlib.
Beləliklə, Azərbaycana olimpiadada 14-cü medalı Milad Beigi Harçeqani qazandırıb. Onlardan 13-ü rəsmiləşib - 4 gümüş, 9 bürünc medal. Harçeqani də qadın taekvondoçu Patimat Abakarova (49 kq) kimi bürünc medalla kifayətlənib.
Digər Xəbərlər
2024-12-21 10:20:29
2024-12-20 22:41:09
2024-12-20 20:40:40
2024-12-20 20:16:32
2024-12-20 18:59:55
2024-12-20 18:53:55
2024-12-20 16:42:00
2024-12-20 16:20:59
2024-12-20 12:22:21
2024-12-20 11:10:26
2024-12-20 11:02:21
2024-12-20 09:42:13
2024-12-19 23:07:49
2024-12-19 22:44:15
2024-12-19 21:51:33
2024-12-19 20:28:29
2024-12-19 19:52:17
2024-12-19 19:01:52
2024-12-19 18:28:50
2024-12-19 18:09:38