Türkiyənin məşhur müğənnisi İrem Derici qoluna döymə olaraq yazdırdığı keçmiş ərinin adını sildirib. Unikal org Türkiyə mətbuatına istinadən xəbər verir ki, müğənni boşandığı ərinin adını 2014-cü ildə Rıza Esenedemirlə evləndikdən sonra qoluna döymə olaraq həkk etdirmişdi.
Müğənni bu ilin martında həyat yoldaşından boşandıqdan sonra onunla bağlı xatirələri də silmək qərarı alıb. Elə buna görə də, İ.Derici Rızanın adını qolundan sildirərək onun yerinə "Pike yazdırıb. "Pike" müğəninnin itinin adıdır.
Qeyd edək ki, 29 yaşlı müğənni hazırda məşhur müğənni Selami Şahinin oğlu Lider Şahinlə sevgilidir.