Tanınmış aktrisa, "Dəli Kür" filminin Mələyi, əməkdar artist Zemfira Sadıqova həyat yoldaşı, dahi aktyor, xalq artisti Yusif Vəliyevi xatırlayıb. Unikal.org xəbər verir ki, o Milli.Azilə həyat yoldaşının ən böyük istəklərini bölüşüb:
"Mən universiteti bitirəndən sonra Gənc Tamaşaçılar Teatrına gəldim. Yusif Vəliyevlə orada tanış olub, birlikdə səhnədə oynadıq. Ailə həyatı qurduq, amma 15 il yaşadıq. İki övladımız oldu, bir oğlan, bir qız. Düzdür, teatrda çox işləmədim, 2 ildən sonra teatrı tərk etdim. O, yalnız uşaqlarının can sağlamlığını istəyirdi. Ata bundan başqa balaları üçün nə istəyər ki? Böyük nəvəmi görsə də, digərlərini görmək ona qismət olmadı. O yaşasaydı, filmlərdə bir-birindən gözəl rollar yaradacaqdı. Amma ona yaşamağa imkan vermədilər. Bütün bunlarla bərabər, o, milli kinomuz üçün bir sıra tarixi obrazlar yaradıb".